AZ

“Neftçi” kimi komandanın bu vəziyyətdə olmasına ürəyim ağrıyır”

“Neftçi” Azərbaycan Premyer Liqasında 8 turda hələ qələbə qazana bilməyib. “Ağ-qaralar” 4 xalla turnir cədvəlinin 8-ci sırasında qərarlaşıb.

Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Neftçi”nin nə oynadığını bilmirəm. Komanda niyə bu durumdadır? Başa düşmək olmur. Bir səbəb var, o da, baş məşqçi məsələsi. “Neftçi”ni əcnəbi yox, yerli məşqçi çalışdırmalıdır. Neçə ildir, görürükki, əcnəbilər gəlib vaxt aparır və gedir. Qriqorçuk da belə olacaq. Onun “Neftçi”də nəsə əldə edəcəyinə inanıram. Yeni futbolçular da uyğunlaşa bilmir. “Neftçi” kimi komandanın bu vəziyyətdə olmasına ürəyim ağrıyır”.

Ramazanov komandanın uğursuz nəticələrində rəhbərliyin çox günahının olmadığını dedi:

“Nəticələrin pis olmasında rəhbərliyi günahlandırırlar. Ancaq düşünürəm ki, düzün deyil. Meydanda oynayan rəhbərlik yox, futbolçulardır. Heyəti quran baş məşqçidir. İdarəetmədə buna nə etsinlər? Düzdür, ola bilər seçimlərdə nəsə yanlışlıq olsun, amma meydanda oyun yoxdur. Futbolçular nə etdiklərini bilmirlər. Vəziyyət çətindir. Dəyişik olmalıdır, yoxsa nəsə düzələn deyil”.

Şahin Cəfərov

Seçilən
17
futbolpress.az

1Mənbələr