AZ

Bağdaddakı Amerika bazasına raket hücumu

İraqın paytaxtı Bağdad Beynəlxalq Hava Limanında ABŞ əsgərlərinin yerləşdiyi bazaya üç raketlə hücum edilib.
 
AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda İraqdan yeni hücum xəbərləri gəlib.

Bildirilib ki, Bağdad Beynəlxalq Hava Limanında ABŞ əsgərlərinin olduğu bazaya 3 raket atılıb. Hadisə zamanı insan itkisi olmayıb.

Hücum Qəzzada müharibənin və İsrailin Livana hücumunun qurudan hücumu regional münaqişəyə çevirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verib.

Qeyd edək ki, oktyabrın 7-də Qəzzada müharibə başlayandan bəri silahlı qruplar Vaşinqtonun İsrailə hərbi dəstəyi səbəbindən İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazaları hədəfə alır.

Vaşinqton buna cavab olaraq qrupun hər iki ölkədəki qərargahına dəfələrlə hava zərbələri endirib.
 
Gülay
Seçilən
12
2
azxeber.com

4Mənbələr