AZ

Külli miqdarda narkotik vasitə aşkar edildi

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kompüter aksesuarları" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.  Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində "Methadone 40" yazısı olan,   ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
5
olaylar.az

6Mənbələr