AZ

Məhəmməd İsaqov saxlanıldı: Rüşvət üstündə...

Rusiyada İstintaq Komitəsi Dağıstanın İzberbaş şəhərinin meri Məhəmməd İsaqovun saxlanıldığını açıqlayıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, ona qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) iş açılıb.

İstintaqın məlumatına görə, 2019-cu ildə mer 3,9 milyon rubl rüşvət alıb. Belə ki, İsaqova İzberbaşda ev tikmək üçün icazənin ləğvinə görə pul verilib.

Hüquq-mühafizə orqanlarından RİA-ya verilən məlumata görə, axtarışlar onun evində, həmçinin İzberbaş administrasiyasında aparılır.

İsaqov 2019-cu ilin oktyabrında İzberbaşın rəhbəri seçilib. 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq səlahiyyətləri icra edirdi.

"Cebheinfo.az"

Seçilən
10
3
cebheinfo.az

4Mənbələr