AZ

Ermənistan ordusuna xarici hərbi mütəxəssislərin cəlb olunması ciddi narahatlıq doğurur - Deputat

Ermənistan ordusuna xarici hərbi mütəxəssislərin cəlb olunması ciddi narahatlıq doğurur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov oktyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsi: müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısının parlamentdəki çıxışında Azərbaycanın təhlükəsizlik məsələsinə diqqət yetirməsi təsadüfi deyil:

"Ermənistanın Vətən müharibəsindən sonra hərbi xərclərini artırması ciddi narahatlıq doğurur. 2020-ci ildə müharibə zamanı Ermənistanın hərbi xərcləri 600 milyon dollar olub. Sonrakı illərdə bu rəqəm 1.4 milyard və 1.7 milyard dollara qədər artırılıb. Açıq görünür ki, Ermənistan hərbi büdcəsini müharibədən sonra ciddi şəkildə artırdı".

Deputat qeyd edib ki, son üç ildə artırılmış hissə 3 milyard dollara yaxındır:

"Bu, reallığın ancaq bir hissəsini əks etdirir. Çünki Ermənistan böyük atəş gücünə malik silahlar, hava hücumundan müdafiə sistemləri alır. Əsas tərəfdaşları Fransa və Hindistandır. Ermənistan silahlı qüvvələrinin baş qərargahında orduya xarici müşavirlərin cəlb olunması ciddi narahatlıq doğurur".

Seçilən
12
2
aznews.az

3Mənbələr