AZ

Tünzalə Ağayevaya görə izdiham yarandı: Avtomobilinə gedə bilmədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Xətai rayonundakı Heydər Əliyev parkında baş tutan festivalda böyük coşğu ilə qarşılanıb..

"Cebheinfo.az" xəbər verir ki, “Məktəbim” layihəsinin səfiri olan pop ulduz “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib. 

Tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. Bir saat boyunca səhnədə olan müğənni ən sevilən və unudulmayan hitlərini səsləndirib. Tamaşaçılar da onunla birlikdə nəğmələri əzbər söyləyiblər.

Sənətçi ara-sıra pərəstişkarları ilə səhnədən həmsöhbət olub və onlarla fotolar çəkdirib.

Müğənninin budəfəki geyimi stilist Şamxal Ramazanlıya məxsusdur.Festivalın sonunda Xalq artistinə görə daha da böyük izdiham yaranıb. Hətta o avtomobilinə getməkdə çətinlik çəkib. Buna baxmayaraq o, dayanaraq tək-tək fanatları ilə xatirə fotoları çəkdirib.

"Cebheinfo.az"

Seçilən
13
13
cebheinfo.az

10Mənbələr