AZ

Məhəmməd İsaqov saxlanıldı - Rüşvət üstündə...

Rusiyada İstintaq Komitəsi Dağıstanın İzberbaş şəhərinin meri Məhəmməd İsaqovun saxlanıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, ona qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) iş açılıb.

 

İstintaqın məlumatına görə, 2019-cu ildə mer 3,9 milyon rubl rüşvət alıb. Belə ki, İsaqova İzberbaşda ev tikmək üçün icazənin ləğvinə görə pul verilib.

 

Hüquq-mühafizə orqanlarından RİA-ya verilən məlumata görə, axtarışlar onun evində, həmçinin İzberbaş administrasiyasında aparılır.

 

İsaqov 2019-cu ilin oktyabrında İzberbaşın rəhbəri seçilib. 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq səlahiyyətləri icra edirdi.

Seçilən
9
3
modern.az

4Mənbələr