AZ

Ukraynaya casusluq edən 2 qadın HƏBS EDİLDİ 

FTX Ukraynaya casusluq edən 2 qadını həbs edib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

FTX-nin məlumatına görə, Ukrayna kəşfiyyatı ilə əlaqəli qadağan edilmiş təşkilatın göstərişi ilə hərbi obyektlər haqqında məlumat toplayan iki Rusiya vətəndaşı saxlanılıb.

Xarici dövlətlə əməkdaşlıq maddəsi ilə cinayət işi açılıb. Hər iki qadın Sevastopol məhkəməsinin qərarı ilə həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
1
interpress.az

2Mənbələr