AZ

"Green Petrol" reklam qaydalarını pozmaqda ittiham edilir

"Green Petrol" MMC barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. 

428.7.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
9
valyuta.az

1Mənbələr