AZ

Fransa höküməti Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir

Dövlət katibi Haddad: Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir...

Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir.

Poliqon xəbər verir ki, bunu Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində ölkənin Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad deyib.

Parisin Ukraynaya quru qoşunlarının göndərilməsinin istisna edilməməsi ilə bağlı mövqeyinin qalıb-qalmaması ilə bağlı suala Həddad müsbət cavab verib. O, həmçinin Kiyevi Rusiya hədəflərinə hücumlar üçün uzaqmənzilli raketlərlə təmin etməyi zəruri hesab edib.

“Fransa Prezidenti Emmanuel Makron bildirib ki, biz heç nəyi istisna etməməliyik və bu məsələ qalmaqda davam edir. Xüsusilə, biz Ukraynada təlim missiyaları keçirməyi düşünürük. Bu, bizim müttəfiqlərimizlə aparmalı olduğumuz debatdır”, deyə dövlət katibi bildirib.

Xatırladaq ki, fevralın 27-də Emmanuel Makron bildirib ki, o, Ukraynaya kömək üçün Qərb ölkələrindən qoşun göndərilməsini istisna etmir. Makronun fikrincə, Ukraynaya qoşun göndərilməsinin şərti cəbhənin KiyevOdessaya doğru irəliləməsi ola bilər.

Poliqon.info

Seçilən
4
3
poliqon.info

5Mənbələr