AZ

Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir

“Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir”.

Missiya.Az xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad “Berliner Zeitung” qəzetinə müsahibəsi zamanı məlumat verib.

O, bildirib ki, biz Ukraynada xüsusilə təlim missiyaları keçirməyi düşünməliyik. 

Haddad həmçinin Kiyevi Rusiya hədəflərinə hücumlar üçün uzaqmənzilli raketlərlə təmin etməyi zəruri hesab edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevralın 27-də bəyan etmişdi ki, gələcəkdə Qərb qoşunlarının yerləşdirilməsi istisna oluna bilməz.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
1
missiya.az

5Mənbələr