Sumqayıtda yük avtomobili yanıb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Orxan Ümid oğlu Qasımova məxsus “Mercedes” markalı yük avtomobili tamamilə yanıb. Hadisə yerinə FHN-nin DYMX-nin qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.