AZ

Sumqayıtda yük avtomobili yanıb

Sumqayıtda yük avtomobili yanıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Orxan Ümid oğlu Qasımova məxsus “Mercedes” markalı yük avtomobili tamamilə yanıb.

Hadisə yerinə FHN-nin DYMX-nin qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Seçilən
0
8
avtosfer.az

9Mənbələr