AZ

ABŞ ballistik raketlərinin istehsalı üçün 2,1 milyard dollar ayırıb

ABŞ sualtı qayıqlardan buraxılacaq yeni nüvə başlıqları ilə “Trident II” qitələrarası ballistik raketlərinin istehsalı üçün 2,1 milyard dollarlıq müqavilə imzalayıb.

APA xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında bildirilir.

“Trident II”, nüvə başlığı daşıyan sualtı qayıqlardan buraxılmaq üçün nəzərdə tutulmuş üç pilləli dördüncü nəsil ballistik raketidir.

Raketlər “Lockheed Martin Space Systems” şirkəti tərəfindən hazırlanmışdır.

Seçilən
57
2
apa.az

3Mənbələr