AZ

Emiqrantlar niyə Orbakaitenin konsertlərinə gedirlər?

…Deyilənlərə görə, müğənni Kristina Orbakaytenin xaricdəki konsertlərində əsasən keçmiş Sovet İttifaqı respublikalarından olan mühacirlər iştirak edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı prodüser Stepan Razin fikirlərini bölüşüb.

Deməli,Razinin fikrincə, mühacirlər nostalji hisslər keçirməyə can atırlar, mərhəmətdən sənətçilərə dəstək olurlar.

…Onlar artıq orada məskunlaşıblar, konsertlərə getməyə imkanları var. Rusiyadan qovulmuş keçmiş ulduzlar onlarda mərhəmət hissi oyadır.

Razin hesablayıb ki, Kristina Orbakaite bir konsertdən 20 min avrodan 60 min avroya qədər qazanır və bir turun nəticələrinə əsasən təxminən 200 min avro qazana bilər.

O qeyd edib ki, mühacir icması üçün Orbakayte Alla Puqaçovanın qızı olaraq qalır və ona uzun müddət maddi və mənəvi dəstək olacaq.

Və yeri gəlmişkən, bir müddət əvvəl Mash Telegram kanalı Alla Puqaçovanın nəvəsi və Orbakaytenin oğlu Denis Baysarovun reklam agentliyinin itki ilə üzləşdiyini bildirib.

Nazlı Almuradova

Seçilən
33
sia.az

1Mənbələr