AZ

"Neftçi"nin yeni idman direktoru kim olacaq? - AÇIQLAMA

"Neftçi"də idman direktoru vəzifəsinə hələ yeni təyinat olmayıb. Azarkeşlər isə Yens Anderssonun istefasından sonra boş qalan postda Tahir Süleymanovu görmək istəyir.

Bəs klub bu yöndə hansısa mütəxəssislərlə danışıq aparırmı?

"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı "Football-plus.az"ın sualını belə cavabladı:

"İdman direktoru vəzifəsinə yeni təyinat nəzərdə tutulmayıb. Bu üzdən heç kimlə danışıq aparılmır. Mövcud idman şöbəsi işini belə davam etdirəcək".

KƏNAN BAHADIR
Seçilən
20
football-plus.az

1Mənbələr