AZ

Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-700-800-1000-1200-1300-1400-1500-1600-2000 MANAT - 17 VAKANSİYA

VAKANSİYA 1

SF Azərbaycan BOKT

Ödənişlər üzrə mütəxəssis

Son tarix 30 okt 2024 Müraciət et

Tələblər:

  • Təhsil: Ali təhsil, (İqtisadiyyat və ya Tətbiqi riyaziyyat);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək;
  • Təcrübə: Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;
  • Şəxsi keyfiyyətlər: Mükəmməl məntiqi-analitik düşüncə və riyazi, statistik biliklər; Detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Müştərilərin kreditləşməsi ilə bağlı qaimə-fakturaların və daxil olan ödənişlərin maliyyə siyasəti və prosedurlarına uyğun işlənməsi;
  • Kredit üzrə ödənişlərin təsdiqi, ödənişə göndərilməsi, hesablaşma, depozit və uzadılma (prolongation) əməliyyatların aparılması;
  • Ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi;
  • Əməliyyatların düzgün qeydiyyatının aparılması və təhlükəsizliyinin təmin edilməsi;
  • Ödənişlərlə yaranan problemləri müştəri tərəfindən təqdim edilən ödəniş çeklərinə əsasən araşdırılması və həll edilməsi;
  • Müştəri tərəfindən hesabına artıq ödənilmiş pulun geri qaytarılması;
  • Müştəri tərəfindən imtina edilən kreditin ləğvi;
  • Bütün aparılan əməliyyatların uçota alınmasını və düzgün saxlanması təmin edilməsi;
  • Müştərilərin ödəniş məsələlərini həll etmək üçün digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət həyata keçirilməsi;
  • Müştərilərin ödəniş və köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi;
  • “ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak edilməsi;
  • Təlimatlara uyğun olaraq bütün zəruri proqram təminatından istifadə etmək.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş şərtləri:

İş vaxtı: 5/2, 09:00-18:00;

Əmək haqqı: 800 AZN (net);

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

 

VAKANSİYA 2

Halal - P

Diller müştərilər üzrə menecer

 Son tarix 30 okt 2024 - [email protected]

Müəssisə haqda məlumat:
“Halal- P” MMC 20 ilə yaxındır poliqrafiya, çap və sair org. texnika ixracı, satışı və texniki servisini təmin edən və bir neçə dünyaca məşhur Org. texnologiyalarına aid brendlərin rəsmi təmsilcisidir.
Vəzifələr:

  • Satış planının müəyyən edilməsi və  icrasının təmini.
  • Diller üzrə səfər və monitorinq planlarının tərtibi və icrası.
  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərlə ünsiyyətin qurulması, mövcüd müştərilər ilə işgüzar münasibatlərin gücləndirilməsi. 
  • Yeni məhsulların tanıtımı.
  • Alternativ kanallarla məhsullarını satışı.
  • Müqavilələrin bağlanması və ödənişlərin icrasının izlənməsi.
  • Dillerlərin sifarişlərinin idarə edilməsi.
  • Vitrin düzənlənməsində iştirak.
  • Marketin əməkdaşları ilə kompaniyaların icrası.
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.
  • CRM aparılması.
  • SWOT analizlərin aparılması.
  • Rəqiblərin izlənməsi.

Tələblər:

  • Ali təhsil 
  • Bənzər sahə iş təcrübəsi (üstünlükdür).
  • Rus dili (səlis), İnglis dili (arzuolunandır). 
  • Ünsiyyətçil,natiq, təşkilatçı, təşəbbüskar, yaradıcı, xoş Zahiri görünüşü.
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı.
  • Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı.
  • Sərbəst Microsoft excel biliyi.


İş şəraiti:

  • Həftəlik 5 iş günü ( 08:30-dan 17:30-dək)
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi uyğun sənədləşmə
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir ( fiks və bonus sitemi)

CV-rinizi  vəzifənin adını qeyd edərək  [email protected] ünvanına göndərməyi unutmayın. 

 

VAKANSİYA 3

Ipoteka Group

Satış üzrə menecer

Son tarix 30 okt 2024 - [email protected]

İpoteka.az MMC 

Tələblər

  • Reklam satışı sahəsində minimum 2 il təcrübə
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları
  • Satış sahəsində nəticəyönümlü yanaşma
  • Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili üstünlükdür)
  • Komanda ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri

  • Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi
  • Reklam paketlərinin satışı və müştərilərlə effektiv əlaqələrin qurulması
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi
  • Mövcud müştərilərlə əlaqələrin idarə olunması və yenilənməsi
  • Satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması

İş şəraiti

  • Həftədə 5 iş günü: 09.00-18.00
  • Əmək haqqı 800 + bonus (1 ay sınaq müddəti)

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına və ya whatsapp-la 077 322 33 66 nömrəsinə göndərə bilərlər.

 

VAKANSİYA 4

FINCA Azerbaijan

Müştəri Əlaqələri üzrə İşçi (Lənkəran filialı)

Son tarix 30 okt 2024 - Müraciət et

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Lənkəran filialı üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında:

Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi, təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir. Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
  • Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
  • Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
  • Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
  • Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;

Tələblər

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
  • Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
  • Məsuliyyətli və təşəbbüskar olmaq;
  • İşgüzar və aktiv olmaq;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları.

 

VAKANSİYA 5

Company

Müştəri əlaqələri üzrə koordinator

Son tarix 30 okt 2024 - [email protected]

“GLB LOGİSTİCS” MMC

Vəzifə öhdəlikləri:

  • Müştərilərin şikayət və təkliflərini dinləmək
  • Müştərilərin telefon və ya sosial şəbəkə  vasitəsilə edilmiş şikayətlərinin cavalnadırılması
  • Müştəri məmnuniyyəti sorğularının keçirilməsi
  • Müştəri müraciətlərinin aidiyyatı üzrə yönləndirilməsi
  • Müəssisənin xidmətlərinin təşkili və aparılması
  • Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
  • Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Rəhbərlik tərəfindən tapşırılan lazımi hesabatların təqdim edilməsi

Tələblər:

  • Yaş : 22 - 40
  • Cins : Kişi
  • Ali təhsil
  • Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı
  • Azərbaycan dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı 
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı

İş rejimi və digər şərtlər:

  • •İş qrafiki: 11:00 – 20:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • •İstirahət günləri: şənbə və bazar;
  • •İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu
  • Əmək haqqı: 1000 AZN net+ bonus.(bonus daxil 1400 azn kimi)

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə“Müştəri əlaqələri üzrə kordinator”  qeyd edərək [email protected] göndərmələri xahiş olunur. 

Mob: (070) 726 46 96

 

VAKANSİYA 6

Good Food Supply

Satış koordinatoru

Son tarix 30 okt 2024 - [email protected]

  • Əmək haqqı: 550-650 AZN 
  • İş qrafiki: 5 gün
  • Yaş: 22-30

Namizəddən tələblər:

  • Ali təhsil;
  • Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
  • Dəqiqlik və məsuliyyət;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Vəzifə öhdəlikləri: 

  • Şirkətin təqdim etdiyi bütün malların aktual xüsusiyyətləri və qiymətləri haqqında tam məlumatlı olmaq;
  • Satış sifarişlərini qəbul etmək və xüsusi proqram təminatında qeyd etmək;
  • Müştərilərdən gələn cavablara uyğun olaraq sifariş və alış sənədlərinin mövcud formalara əsasən tərtib etmək, yönləndirilmək və izləmək; 
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərin məmnunluq dərəcəsini müəyyən etmək, nəticələr üzrə təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə aylıq təkliflər planı hazırlamaq;
  • Müqavilə və digər sənədlərin hazırlanması üçün satış mütəxəssisləri ilə koordinasiyalı olaraq işlərin aparılması;
  • Görülmüş işlər barədə həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Təhvil-təslim aktlarına əsasən elektron qaimələrin kəsilməsi
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün müxtəlif satış tədbirlərin formalaşdırılması və təsdiqləndiyi zaman icrasına nəzarət edilməsi.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Satış koordinatoru” qeyd etmələri xahiş olunur. 

 

VAKANSİYA 7

Amoris

Təchizat üzrə mütəxəssis

 Son tarix 30 okt 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Xarici və yerli alışları yerinə yetirməlidir
  • Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyyatları ilə müqaisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir
  • Şirkətin satınalma siyasətinə ciddi şəkildə riayyət etməlidir
  • Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi
  • Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması
  • Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
  • Görülən işlər barədə aylıq və illik hesabatların aparılması
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi

Tələblər:

  • Yaş - 25 - 35 yaş
  • Ali təhsil
  • Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
  • Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
  • 1C ERP proqramında iş təcrübəsi

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Qidalanma şirkət tərəfindən qarşılanır
  • Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
  • Əmək haqqı 1300-1600

 

VAKANSİYA 8

Avto Lizinq Azərbaycan MMC

Mühasib

 Son tarix 30 okt 2024 

  • ​​​​​​Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili
  • Kassa , Bank əməliyyatlarının həyata keçirilməsinə nəzarət edilməsi,uçotunun aparılması
  • Hesab Fakturalarının, EVQF və digər maliyyə sənədlərinin tərtib olunması və göndərilməsi
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
  • Aylıq, rüblük və illik DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi

Namizədə tələblər

  • Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
  • Azərbaycan dili və Rus dili bilikləri mütləqdir. 
  • Mühasib olaraq 3 il iş təcrübəsinin olması
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklərin olması 
  • 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, MS Excel üzrə-mükəmməl biliklərə sahib olmalı
  • İş qrafiki: tam iş həftəsi (5 iş günü)
  • İş saatları: 09:00-dan -17:00-dək
  • İstirahət günləri: şənbə/bazar
  • Nahar şirkət tərəfindən verilir
  • Şirkət Qaradağ rayonu, salyan Şossesində yerləşir. İşçilər servislə təmin olunur. 
  • Əmək haqqı 1200 AZN gross

Vakansiya ilə maraqlanan namizədlərdən “CV”-lərini [email protected] email ünvanına göndərmələri və emailin mövzusu hissəsində mütləq “mühasib” qeyd etmələri xahiş olunur.
Əlaqə nömrəsi +994 55 204 90 03

 

VAKANSİYA 9

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Anbardar (Salyan və Şəmkir)

Son tarix 30 okt 2024 

Namizəddən tələblər:

  • Ali Təhsil
  • Anbar və qalıqların idarə edilməsi barəsində məlumatlı olması
  • Mal qəbulu və malların saxlanılması barəsində məlumatlı olması
  • MS ofis proqramları barəsində məlumatlı olmalı
  • Müvafiq sahədə 1-3 il təcrübəsinin olması
  • 1C proqramı ilə çalışma bacarığı

Vəzifə funksiyaları:

  • Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək;
  • Anbara mədaxil olunan malları sayaraq təhvil-təslim aktına, yoxlama siyahısına və digər sənədlərə əsasən düzgün qəbul etmək;
  • Anbardan çıxarılan malları sayaraq təhvil-təslim aktı ilə malı çıxarana təhvil vermək;
  • Anbara qəbul olunan və çıxarılan malların müvafiq məlumat sistemində uçotunu aparmaq,
  • Yeni gələn malların boşaldılmasını, daşınmasını və müvafiq yerə düzgün yığılmasını təmin etmək;
  • Anbardan çıxarılan malların yüklənməsini və sifarişçiyə çatdırılmasını təmin etmək;
  • Anbara daxil olan mallara vizual baxış keçirmək və problem aşkarlandığı halda qeydiyyatını apararaq müvafiq struktura məlumat vermək;

Əmək haqqı: Fix 819.43AZN + BONUS 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” və qarşısında müvafiq regionu yazaraq [email protected]  ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur. 

 

VAKANSİYA 10

DİAS MMC

Satış meneceri (Region və Bakı şəhəri)

Son tarix 30 okt 2024 

İşin təsviri:

  • Satışı yaratmaq və idarə etmək;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Müştəriləri root üzrə mütəmadi olaraq ziyarət etmək və satışı həyata keçirmək;
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
  • Rəhbərliyə hesabatları təqdim etmək.

İş barədə məlumat:

  • İş saatı :09:00-dan 18:00- a dək;
  • İstirahət günləri : Bazar günü;
  • Əmək Müqaviləsinə əsasən işə qəbul;
  • Nahar şirkət tərəfindən verilir;
  • Yanacaq kartı verilir;
  • Tikinti materialları sahəsi;
  • Iş yeri: Novxanı yolu,Duzlu göl ətrafı;
  • Əlaqə nömrəsi: 055-212-46-12

Əməkhaqqı: 700 manat fiks + %

Tələblər:

  • Təhsil: Ali təhsilli
  • Yaş həddi: 25-45;
  • Dillər: Azərbaycan dili(Rus dili arzuolunandır);
  • Cinsi: Kişi;
  • Kompüter biliyi: Microsoft Office;
  • Şəxsi avtomabilinin olması vacibdir;
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  • Satış bacarığı;
  • Müştərini qazanmaq qabiliyyəti;
  • Ünsiyyətcillik;
  • Dəqiqlik və məsuliyyət;
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlılıq.

Qeyd: Bu sahələr üçün anket formasını doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

 

VAKANSİYA 11

Mono Logistics

Kiçik satış mütəxəssisi

Son tarix 30 okt 2024 

İş barədə məlumat:

  • Əmək haqqı: 600 AZN + bonus
  • Müəyyən edilmiş satış planını yerinə yetirilməsi
  • Gün ərzində yeni müştərilərə zəng və whatsapp vasitəsilə ətraflı məlumat vermək
  • İş qrafiki 5 iş günü
  • İş saatı 9:00 – 18:00

Namizədə tələblər:

  • ⁠Müvafiq sahə üzrə təcrübə
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq (rus dili arzuolunandır)
  • Düzgün, şifahi nitq qabliyyəti və xoş görünüş
  • ⁠Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
  • Satış qabiliyyəti

Maraqlanan namizədlər mövzu yerində “Kiçik satış mütəxəssisi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

VAKANSİYA 12

Azcargo Logistics and Management Services

Satış üzrə mütəxəsis

Son tarix 30 okt 2024 - 

Vəzifə öhdəliklər:

  • Mövcud müştəri bazası ilə çalışmaq.
  • Mövcud müştəriləri ilə mütəmadi olaraq əlaqədə olmaq, yeni tələbləri nəzarət altında saxlamaq və tələbat yarandığı zaman təklifləri hazırlamaq.
  • Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, görüşlərin keçirilməsi, tələbatların öyrənilməsi və təkliflərin hazırlanması.
  • Danışılan nömrələrin bazaya əlavə edilməsi.
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
  • Korporativ müştərilərlə əlaqələrin qurulması
  • Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
  • İşgüzar yazışmaların həyata keçirilməsi 

Namizədə tələb:

  • İş təcrübəsi: 3 il

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü
  • Əmək haqqı: 1200-1500 Azn

Maraciət etmək üçün namizədlər CV-lərini qeyd edilmiş e-mail adresinə göndərə bilərlər.

Əlaqə nomrəsi 0502738483

 

VAKANSİYA 13

Tempus

Qrup meneceri

Son tarix 30 okt 2024 

“Tempus” MMC

Qrup meneceri (Ginekaloji.qrup)

İş barədə məlumat:

  • Ginekaloji dərman vasitələrinin satış və marketinq strategiyasına uyğun olaraq bazar fəaliyyətlərini təşkil etmək və həyata keçirmək;
  • Yeni dərman preparatlarının bazara otuzdurulması, təyin olunmuş sahə üzrə aylıq, rüblük və illik satış hədəflərinə çatmaq və onları aşmaq
  • Komanda üzvləri ilə gündəlik görüşlər, işin müzakirəsi,inkişaf ehtiyacları barədə tədbirlərin görülməsi
  • Tibbi və məhsul biliklərini daim dərinləşdirmək

Şirkətin benefitləri:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun qaydada sənədləşdirmə
  • Əmək haqqı: 1500 AZN-2000 AZN (fix və %) (Maaş sizin iş təcrübənizdən ,staj və potensialınızdan asılı olaraq dəyişə bilər)
  • Maaşdan əlavə nəticələrinə görə heç bir şirkətin təklif etmədiyi real bonusları almaq imkanınız vardır
  • Korporativ mobil nömrə
  • Sağlam,pozitiv iş mühiti
  • İş performansını və məhsuldarlığını artırmaq məqsədilə davamlı öyrənmə və inkişaf

  İş qrafiki: I-V günlər 09:00-dan - 18:00-dək

 Namizədə tələblər

  • Təhsil : Ali və ya orta ixtisas təhsil
  • Yaş: 25-50
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazma bacarığı (əlavə xarici dil bilgiləri üstünlükdür)
  • Peşəkar ünsiyyət qurma bacarığı
  • İnkişafa və öyrənməyə meyillik
  • Kompüterdə işləmək bacarıqları
  • Qabaqcıl ünsiyyət ,istənilən şəraitdə satış verə bilmək bacarıqları
  • Məsuliyyətli,səlis nitq qabilliyətli
  • Komandada işləmək və komandanı yüksək motivasiya etmək bacarıqları
  • Səliqəli və xoş görünüşlü, məqsədyönlülük
  • Liderlik və idarəçilik qabiliyyətləri olmalı

Ünvan:Bakı şəh,Nərimanov r-nu,Əhməd Rəcəbli 225,”Çinar Park”Biznes Mərkəzi

CV-lərinizi mail adresimizə göndərə bilərsiniz
Email: [email protected]
Əlaqə nömrəsi: Mob 0703747199

 

VAKANSİYA 14

Trenders Agency MMC

Satışa dəstək üzrə koordinator

Son tarix 30 okt 2024 

Müasir ofis “Sabah Residence” kompleksində; 

Ünvan : Bakı şəh, Səbail rayonu

Əmək haqqı: 500 azn + bonus (aylıq)

İş qrafiki : 5 günlük

Vəzifə öhdəlikləri:

  • Telefon zənglərinin daxili qaydalara və standartlara uyğun cavablandırılması;
  • Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək;
  • Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
  • Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq;
  • Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq;
  • Şobənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq məsələlərin həll edilməsi.

Tələblər:

  • Microsoft Office, Excel proqramları ilə işləmək bacarığı;
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq;
  • Verilən tapşırıqların yerinə yetirilməsində məsuliyyət, diqqətlilik və aydınlıq;
  • Komandada işləmək bacarığı;
  • Son tarixləri yerinə yetirmək bacarığı
  • Rus və İngilis dili arzu olunandır

 Namizədlərdən şəkilli CV-lərini “Satışa dəstək üzrə koordinator” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahə ibəyə dəvət olunacaqla

 

VAKANSİYA 15

Maxofset

Baş mühasib köməkçisi

Son tarix 30 okt 2024 

Əmək haqqı:  800-1000 arası

Namizədə tələblər:

  • Ali iqtisadi ya texniki təhsil
  • Azərbaycan və Rus dili biliyi
  • Ofis proqramları və 1 C 8.3  proqramında sərbəst işləmə
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Kollektivdə işləməyi bacarmlı
  • Stresə davamlı və səbrli
  • Muhasitlıq sahəsində ən azı 5 il iş təcrübəsi
  • Yaş həddi -  28-45
  • Qadın namizəd

Əsas vəzifə öhdəlikləri:

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
  • İnternet banking vasitəsi ilə ödəniş tapşırıqlarının tərtibi
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və göndərilməsi
  • Elektron qaimə yeni sistemdə tərtib edilməsi
  • İşçilərə əmək haqqı, məzuniyyət xərclərinin hesablanması
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Vergi və dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
  • Ödənişləri nəzarətdə saxlamaq
  • Bank və kassa əməliyyatları
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
  • Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək

 

VAKANSİYA 16

Tempus

Product menecer

Son tarix 30 okt 2024 

Məhsul üzrə Menecer (Product-menecer)

İş barədə məlumat

  • Məhsul  farmakoloji və klinik xüsusiyyətlərinin təhlili
  • Məhsulun tibbi-informativ bazasının yaradılması
  • Məhsulun bazar araşdırılması və rəqib analizinin aparılması
  • Həftəlik, aylıq iş təlimatların hazırlanması
  • Kompaniyaların təşkili
  • Promo materialların hazırlanması, bölgədə tətbiq olunmasının izlənməsi
  • Tibbi nümayəndənin yetişdirilməsi (tibbi və marketinq kurslarının öyrədilməsi), bölgədə işinin izlənilməsi və dəyərləndirilməsi
  • Bakı və regionlarda ikili vizitlərin təşkil olunması
  • Bakı və regionlarda konfrans və dəyirmi masaların  təşkili
  • Müştəri portfelinin zənginləşdirilməsi
  • Məhsullar üçün rəqabət strategiyası və taktikaların hazırlanması
  • Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi

Şirkətin benefitləri:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun qaydada sənədləşdirmə
  • Əmək haqqı: 1500 AZN-2000 AZN (fix və %) 
  • Maaşdan əlavə nəticələrinə görə heç bir şirkətin təklif etmədiyi real bonusları almaq imkanınız vardır
  • Sağlam,pozitiv iş mühiti
  • İş performansını və məhsuldarlığını artırmaq məqsədilə davamlı öyrənmə və inkişaf

İş qrafiki: I-V günlər 09:00-dan - 18:00-dək

Namizədə tələblər

  • Təhsil : Ali Tibb və ya əczaçılıq üzrə bakalavr dərəcəsi
  • Yaş: 25-45
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazma bacarığı (əlavə xarici dil bilgiləri üstünlükdür)
  • Satış etmə bacarığı
  • Komandada işləmə bacarığı və komandaya nüfuz etmək qabiliyyəti
  • Peşəkar ünsiyyət qurma bacarığı
  • İnkişafa və öyrənməyə meyillik
  • MC Office(Word,Excell,Power Point,İnternet,Outlook) proqramlarında işləmə bacarığı 
  • Analitik təfəkkür
  • İşində dəqiq və məsuliyyətli olma
  • Yüksək səviyyədə təqdimat bacarığı
  • Təşkilatçılıq bacarığı

Yalnız ali tibbi təhsili olan və uyğun görülən şəxslərlə əlaqə saxlanılacaq.

Ünvan:Bakı şəh,Nərimanov r-nu,Əhməd Rəcəbli 225,”Çinar Park”Biznes Mərkəzi

CV-lərinizi mail adresimizə göndərə bilərsiniz
Email: [email protected]
Əlaqə nömrəsi: Mob 0703747199

 

VAKANSİYA 17

Azerbaijan Poultry Company

Satıcı

Son tarix 30 okt 2024 

“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş  ticarət nöqtələrdə şirkətə məxsus olan məhsulların satışını həyata keçirmək.
  • Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq;
  • Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq
  • Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.

Əsas tələblər:

  • Orta təhsil 
  • Ünsiyyət bacarıqları
  • Satış bacarıqları
  • Stressə davamlılıq
  • Məsuliyyət
  • Yaxın ərazidə təyin olunmuş ticarət nöqtələrində daimi satıcıların əvəz edilməsi

İş şəraitinin şərtləri

  • Əmək haqqı: 525 AZN + aylıq bonus 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mailına, mövzu hissəsində uyğun olaraq vəzifənin tam adını ərazi ilə birlikdə “Satıcı ” qeyd edib göndərilməsi xahiş olunur.

 

 

Seçilən
27
50
fed.az

10Mənbələr