AZ

“Bavariya” onun üçün 100 milyon avro ayırıb

Florian Virts uğrunda mübarizə qızışır.

“Bayer-04”ün yarımmüdafiəçisi “Bavariya”nın əsas transfer hədəfinə çevrilib. Almaniya mətbuatının məlumatına görə, Münhen klubu futbolçunun qiymətinin 2025-ci ilin yayında 150 milyon avrodan 100 milyona düşməsini gözləyir. “Bavariya” rəhbərliyi 21 yaşlı Florianı komandada görməyi çox istəyir.

Yeri gəlmişkən, bir müddət əvvəl onunla “Real”ın da maraqlanması haqda xəbər yayılmışdı.

Virts “Bayer-04”də 2020-ci ilin yanvarından oynayır. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
35
football-plus.az

1Mənbələr