AZ

Britaniyada 96 yaşlı qadın avtomobili təhlükəli sürdüyünə görə cəzalandırılıb

Bakı. Trend:

Birləşmiş Krallıqda 96 yaşlı Cune Mills avtomobili ilə səkiyəçıxaraq iki nəfəri vurub. O, Brenda Coys adlı 76 yaşlı qadınınölümünə və 80 yaşlı Cennifer Ensorun yaralanmasına səbəb olub.

Trend xəbər verir ki, CuneMills Liverpul məhkəməsində təhlükəli sürücülükdən irəli gələnittihamla razılaşıb.

Məhkəmə yaşlı qadının avtomobil idarəetmə qabiliyyətinin vəsağlamlığının məhdud olduğunu nəzərə alaraq onu 18 aylıq şərti həbscəzasına məhkum edib.

Cune Mills Birləşmiş Krallıqda təhlükəli sürücülüyə görə məhkumedilən ən yaşlı şəxs sayılır. Hadisə Britaniyada yaşlı sürücülərintəhlükəsizliyi və onların sürücülük hüquqları ilə bağlımüzakirələrə səbəb olub.

Ağır qəza törədən 96 yaşlı qadın məhkəmə tərəfindən 1500 funtsterlinq məbləğində cərimə və 500 funt sterlinqlik məhkəməxərclərini ödəməyə məhkum edilib. O, həmçinin beş il müddətinəsürücülük hüququndan məhrum olunub.

Seçilən
11
3
az.trend.az

4Mənbələr