AZ

Britaniyada 96 yaşlı qadın avtomobili təhlükəli sürdüyünə görə cəzalandırılıb

Britaniyada

London, 30 sentyabr, AZƏRTAC

Birləşmiş Krallıqda 96 yaşlı Cune Mills avtomobili ilə səkiyə çıxaraq iki nəfəri vurub. O, Brenda Coys adlı 76 yaşlı qadının ölümünə və 80 yaşlı Cennifer Ensorun yaralanmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Cune Mills Liverpul məhkəməsində təhlükəli sürücülükdən irəli gələn ittihamla razılaşıb. Məhkəmə yaşlı qadının avtomobil idarəetmə qabiliyyətinin və sağlamlığının məhdud olduğunu nəzərə alaraq onu 18 aylıq şərti həbs cəzasına məhkum edib.

Cune Mills Birləşmiş Krallıqda təhlükəli sürücülüyə görə məhkum edilən ən yaşlı şəxs sayılır. Hadisə Britaniyada yaşlı sürücülərin təhlükəsizliyi və onların sürücülük hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

Ağır qəza törədən 96 yaşlı qadın məhkəmə tərəfindən 1500 funt sterlinq məbləğində cərimə və 500 funt sterlinqlik məhkəmə xərclərini ödəməyə məhkum edilib. O, həmçinin beş il müddətinə sürücülük hüququndan məhrum olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
13
3
azertag.az

4Mənbələr