AZ

Tanınmış futbolçuya silahlı hücum təşkil etməkdə şübhəli bilinən 5 nəfər həbs olunub

Tanınmış

Bakı, 30 sentyabr, AZƏRTAC

Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Sərhat Akına silahlı hücum təşkil etməkdə şübhəli bilinən 6 nəfərdən 5-i həbs olunub.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan digər şəxs isə şərti azadlığa buraxılıb.

Veteran hücumçu ekspert kimi çıxış etdiyi televiziya proqramından sonra yolda tanımadığı şəxslərin hücumuna məruz qalmışdı.

Qeyd edək ki, 2000-2005-ci illərdə “Fənərbağça”nın formasını geyinən Sərhat Akın 125 oyunda 41 qol vurub.

Seçilən
17
8
azertag.az

9Mənbələr