AZ

Aşıq Ələsgərin xatirəsinə ucaldılan abidə bütünAzərbaycan xalqını bir amal uğrunda birləşməyə dəvət edən hadisədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəoğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycanaşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük elsənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirakediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib:” bu gün şəhərimizdə çox əlamətdar bir gündür. Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da çox gözəl hadisədir”.

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş, ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış, ömrünün son illərində 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoyan dövrdə97 yaşında öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Sovet hakimiyyəti Ermənistanda qurulan ərəfədə Aşıq Ələsgər məcburu qaçqın düşərək Kəlbəcər rayonunda yaşamışdır. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra 1926-cı ildə doğulduğu kənddə vəfat etmişdir.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət vəvətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizinsaflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarınıözündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycanədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çoxsayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış vəgələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Dədə Ələsgər aşıq poeziyasının, saz ifaçılarımızınzənginləşməsinə böyük təkan vermiş, öz yüksəksənətkarlığı ilə aşıq sənətinin şöhrətini göylərəqaldırmışdır.

Məzmun baxımından zəngin, forma cəhətdən  rəngarəngolan, qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndvə s. bu kimi janrlarla Azərbaycan ədəbi dilinin, aşıqşeirinin inkişafında misilsiz xidmət göstərən Aşıq Ələsgərmilli- mənəvi dəyərlərimizin adət - ənənələrimizinkeşiyində durmuş, bədii sözün qüdrəti ilə  bu xəzinənidaha da zənginləşdirmiş və onun uzunömürlü, həmişəyaşar olması üçün böyük xidmət göstərmişdir.  Xalqın bağrından qopan, onun hiss və duyğularını, istəkvə arzularını  tərənnüm edən Aşıq Ələsgərin poeziyası ədəbi əbədi irsimizdir.  Ələsgər şeiri başdan-başa həyatınözüdür... Azərbaycan təbiəti, Azərbaycan ruhu Ələsgərşeirində dil açıb oxuyur. Vətənimizdən danışan şaqraqnəğmələrdir.     

Aşıq Ələsgərin milli dəyərlərin, mənəviyyatın, insaniməziyyətlərin zənginləşməsinə xidmət edən, səadətə, sədaqətə, gözəlliyə, adət-ənənələrə ehtirama, ədalətə, düzlüyə, mərdliyə səsləyən  şeirləri  öz dövründə dəsevilirdi, dillər əzbəri idi, bu gün də onun əsərləri solmayançiçəklər kimi təzə -tərdir, təravətlidir,  aktualdır, gənclərəyol göstərəndir, onlara vətənpərvərlik hissləri, elə-obaya, xalqına, doğma torpaga, Vətənə, elə, obaya sevgi aşılayır.

Azərbaycan dövləti hər zaman Aşıq Ələsgər irsinə böyük diqqət və qayğı göstərib və ustad sənətkarın yaradıcılığının təbliğində, kitablarının nəşrində, bir sözlə, Ələsgər irsinin tanıdılması sahəsində yaddaqalan işlər görüb. Xalqın mənəvi dünyasında, saz-söz sənəti tarixində uca zirvələrdən biri olan Ələsgər irsinə qayğı siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi də Ulu Öndərin qayğısı sayəsində baş verib. 1972-ci ildə Aşıq Ələsgərinanadan olmasının 150 illiyi Azərbaycanın hər yerindəböyük təntənə ilə qeyd olunmuş, həmçinin doğulub boya-başa çatdığı Göyçə mahalında böyük təntənə ilə qeydolunmuş, aşığın Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdır. Bu münasibətlə Azərbaycan Elmələr Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir. AzərbaycanRespublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər AzərbaycanRespublikasında əsərləri dövlət varidatı elan edilənmüəlliflərin siyahısına daxil edilib.

Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətPrezident İlham Əliyev tərəfindən davam etdirilib, onunsərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyiölkəmizdə keçirilib, Gədəbəydə “Aşıq Ələsgər adına AşıqMəktəbi”i açılıb. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “AşıqƏləsgər ili” elan edib. Prezident İlham Əliyevin Ələsgərisrinə qayğısı bunlarla məhdudlaşmayıb vəazərbaycançılığın sönməz mayaklarından olan aşıqƏləsgərlə bağlı Prezident İlham Əliyev tərəfindən “AşıqƏləsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli  və “Aşıq Ələsgərin abidəsininucaldılması haqqında 30 noyabr 2021-ci il tarixliSərəncamlar verilmişdir. Bu tarixi qərarlar dövlət başçısının aşıq Ələsgər irsinə qayğısının bariz nümunəsidir.

Aşıq Ələsgərin abidəsinin açılışı tədbirində çıxış edən İlham Əliyev inamla və böyük nikbinliklə söyləyib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

 

Bəhman Hüseynov 

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Seçilən
15
missiya.az

1Mənbələr