AZ

İspaniyada helikopter yüksək gərginlikli xəttə çırpılıb: 3 nəfər ölüb

İspaniyada helikopter qəzası baş verib.

Ötən gün yerli vaxtla saat 10:00 radələrində Valensiya bölgəsinin Puçol şəhərində İspaniyanın "Bigas Group Helicopters" operatoruna məxsus Bell 206B Jet Ranger III helikopterinin yüksək gərginlikli xətlərə çırpılması nəticəsində 3 nəfər həyatını itirib.

Qəzanın vertolyotda olan 3 zabitin gərginlik xətlərinin bütövlüyünü yoxlamaq üçün bölgəyə gedərkən baş verdiyi öyrənilib.

Qeyd edək ki,Yanğından Mühafizə İdarəsinin əməkdaşları naqillərin kəsilməsi nəticəsində yaranan elektrik təhlükəsini izləmək və yanacaq səbəbindən baş verə biləcək yanğın riskini nəzarətdə saxlamaq üçün ərazini mühasirəyə alıb.

Seçilən
23
3
aznews.az

4Mənbələr