AZ

Azərbaycan XİN Nepala BAŞSAĞLIĞI VERDİ - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepalda həftəsonu baş verən daşqınlar səbəbindən xeyli sayda insanın ölümü ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

"Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.

Bu çətin günlərdə Nepalla həmrəyik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Nepalda həftəsonu yağan güclü yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 193 nəfərə çatıb. Bundan əlavə 96 nəfər yaralanıb, 31 nəfər isə itkin düşüb.

Bizim.Media

Seçilən
11
27
bizim.media

10Mənbələr