AZ

Le Pen ona qarşı irəli sürülən qanuni ittihamları rədd edir

“Fransa parlamentinin “Milli Mitinq” fraksiyasının üzvləri heç bir qayda pozuntusuna yol verməyiblər”.Elchi.az xəbər verir ki, bu fikirləri partiya lideri Marin Le Pen ona və koalisiyanın digər nümayəndələrinə qarşı irəli sürülən qanuni ittihamları şərh edərkən deyib.“Parlamentarilərin azadlığı böyük təhlükə altındadır. Partiyamız heç bir qayda pozmayıb”, – deyə siyasətçi Paris məhkəməsində bildirib.Qeyd edək ki, bundan əvvəl, Le Pen, onun atası və assosiasiyanın digər 23 üzvünün 2004-2016-cı illərdə Avropa İttifaqının (Aİ) dövlət vəsaitlərindən sui-istifadə ittihamı ilə məhkəməsi başlayıb. Onlar Avropa Parlamentinin (AP) pulundan Milli Mitinqdə həqiqətən çalışmış deputat köməkçilərinin işini ödəmək üçün istifadə etməkdə ittiham olunurlar. Ümumi zərərin 6,8 milyon avro olduğu bildirilir.Le Pen təqsirli bilinərsə, onu 10 ilə qədər həbs, 1 milyon avro cərimə və 5-10 il müddətinə hökumətə seçilmək qadağası gözləyə bilər. Bu halda o, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.YeganəMənbə: TASS.ru

Seçilən
21
elchi.az

1Mənbələr