AZ

Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının və Ümumi Yığıncağının ikinci günü uğurla yekunlaşıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilir.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirin ikinci günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çox tərəfli görüşlər olub, bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

Beynəlxalq tədbirlərin ikinci günündə “Müstəqil cinayət ədliyyə sisteminin üç əsas sütununu tarazlaşdırmaq üçün milli yanaşmalar - problemlər və cavablar” plenar sessiyası, “Prokurorun ittiham tərəfi ilə müdafiə tərəfi arasında bərabərliyin təmin edilməsində rolu”, “Cəza prosesində prokurorun rolu” mövzulu seminarlarında səmərəli müzakirələr aparılıb.

 

Seçilən
10
3
azertag.az

4Mənbələr