AZ

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 62 milyon 559 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.3% azdır. 2023-cü ilin 8 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 63 milyon 404 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2.3 dəfə azalaraq 2 milyon 44 min manat olub.

Seçilən
9
50
banker.az

10Mənbələr