AZ

Azərbaycanda bank karlatları ilə xaricə ₼2 mlrd. ödəniş edilib – Rekord!

Azərbaycanda bank kartları vasitəsi ilə xaricə ödənişlərin həcmi illik müqayisədə 5 faiz artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, cari ilin ilk səkkiz ayında bank kartları vasitəsi ilə xaricə 2 milyard 74 milyon manat nağdsız ödənişlər edilib.

Bu 2023-cü ilin müvafiq dövründə 1 milyard 968 milyon manat idi.

Xaricə nağdsız ödənişlərin 303 milyon manatı avqustun payına düşür ki, bu da 2024-cü ildə qeydə alınan ən böyük həcmli ödənişdir.

Ölkədən nağd pulun çıxarılması həcmi keçən ilin ilk səkkiz ayında 120 milyon manat olduğu halda, cari ildə bu rəqəm 12 faiz azalaraq 106 milyon manata düşüb.

 

Seçilən
1
1
banker.az

2Mənbələr