AZ

Tələbələr Mərkəzi Elmi Kitabxanada mühafizə edilən nəşrlərlə tanış olublar

Bakı, 30 sentyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının və Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi kitab xəzinələri, elmi ədəbiyyat, kitabxana işi, sənəd axtarışı üsulları ilə əyani tanışlıq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı tələbələr daimi sərgilənən kitablarla, mühafizə edilən nəşrlərlə, elmi jurnallarla yaxından tanış olub, ətraflı məlumat alıblar.

Daha sonra MDU-nun professoru Yelena Yefremenko və dosent Tatyana Boqatova tələbələrə ənənəvi kataloqdan istifadə qaydalarını izah edərək sənəd sifarişini həyata keçiriblər. Milli Aviasiya Akademiyasının tələbələri isə elektron kitabxanadan istifadə qaydaları barədə məlumatlandırılıblar. Bildirilib ki, tələbələr elektron kitabxananın xidmətlərindən istifadə edərək e-kataloqdan ədəbiyyat axtarışını və onlayn sifarişini edə, eləcə də oxucu kartındakı şifrəni MEK-in saytındakı e-kitabxanaya giriş bölməsinə daxil etməklə fondunda olan ədəbiyyatı onlayn oxuya bilərlər.

Tələbələr dövlət tərəfindən burada yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Seçilən
28
1
azertag.az

2Mənbələr