AZ

Bir qrup tələbə MEK-lə tanış olub

BAYRAQDAR MEDİA – M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı Filialının və Milli Aviasiya Akademiyasının (MAA) bir qrup tələbəsi kitab xəzinələri, elmi ədəbiyyat, kitabxana işi, sənəd axtarışı üsulları ilə əyani tanışlıq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə bildirilir ki, “ekskursiya zamanı tələbələr daimi sərgilənən kitablarla, mühafizə edilən nəşrlərlə, elmi jurnallarla yaxından tanış olub, ətraflı məlumat alıblar. Daha sonra MDU-nun professoru Yelena Yefremenko və Dos. Tatyana Boqatova tələbələrə ənənəvi kataloqdan istifadə qaydalarını izah edərək sənəd sifarişini həyata keçiriblər. MAA-nın tələbələri isə elektron kitabxanadan istifadə qaydaları barədə məlumatlandırılıblar. Bildirilib ki, tələbələr elektron kitabxananın xidmətlərindən istifadə edərək e-katalodan sənəd axtarışını və onlayn sifarişini edə, o cümlədən oxucu kartındakı şifrəni MEK-in saytındakı “E-kitabxanaya giriş” bölməsinə daxil etməklə fondunda olan ədəbiyyatı onlayn oxuya bilərlər”.Tələbələr dövlət tərəfindən burada yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Seçilən
19
1
bayraqdar.info

2Mənbələr