AZ

Əmlak Məsələləri Dövlət Xidməti şirkətlər qrupunu - MƏHKƏMƏYƏ VERDİ

İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti "CTC Holdinq" ASC-ni məhkəməyə verib.

Azərbaycanda inşaat şirkəti 25 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR

FED.az xəbər verir ki, iddia icarə müqaviləsindən qaynaqlanan öhdəliklər üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazova təyin edilib.

Qeyd edək ki, 

1997-ci ildə yaradılmış "CTC Holdinq" tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. Holdinqə daxil olan şirkətlər aşağıdakılardır.

  • "Xızı Aqro Park" MMC
  • "Aqro Qida" MMC
  • "Xınalıq İM" MMC
  • "CTC Servis" MMC
  • "CTC İnvest" MMC
  • "MEAT DAİRY" MMC
  • "MİLK PRO" MMC

Holdinqin tərkibində olan "Xızı Aqro Park" MMC və "Aqro Qida" MMC  kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  şirkətlərdir. Şirkətlərin əsas fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət gödtərir.

"CTC Servis" MMC, "CTC İnvest" MMC  və "MEAT DAİRY" MMC Azərbaycanda və ölkə xaricində müxtəlif növ kənd təsərrüfatı texnika və avadanlıqlarının alışı və satışı ilə məşğul olur. "MİLK PRO" MMC süd və süd məhsullarının istehsalı ilə məşğuldur.

Seçilən
12
fed.az

1Mənbələr