AZ

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilib. 

 

Tədbir “Erkən nikaha qarşı fərqindəlik” mövzusuna həsr edilib. 

 

Agentliyin əməkdaşları görüş iştirakçılarına erkən nikahın sosial-psixoloji fəsadları, gənc nəsillər üçün yaratdığı təhlükə, həmçinin bu problemin qarşısının alınması üçün diqqət edilməli məqamlar barədə məlumatlar veriblər. 

 

Sonda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
17
qht.az

1Mənbələr