AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində elmi konfrans keçiriləcək

Bakı

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 4-də Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil ediləcək konfransın əsas mövzuları iqlim dəyişikliklərinin elmi və praktik aspektlərinə həsr olunub.

Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə ediləcək.

Seçilən
30
azertag.az

1Mənbələr