AZ

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası aktiv olmalıdır - RƏY

“Bizə qarşı sanksiyalar tətbiq etməyə, məhkəmələrə verməyə çalışacaqlar”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması ilə bağlı məsələnin müzakirəsi zamanı bildirib.

Zahid Oruc qeyd edib ki, bu təhlükələrin hamısı bütün azərbaycanlıların əleyhinədir: “Qələbəmizdən sonra Azərbaycanın hərbi, siyasi gücü artıb, ancaq bundan sonra da bizə təzyiqlər olacaq. Qələbəmizi qorumaq vəzifəmizdir”.

Deputat Bəhruz Məhərrəmov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılmasını Prezidentin müəyyən etdiyi praqmatik yol xəritəsinə uyğun sayıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev isə bildirib ki, hansısa terrorçu qruplar sərhəddə aktivləşiblər.

Deputat Milli Məclisin yeni yaradılan Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının maarifləndirmə sahəsində fəaliyyətinin aktiv olmasını zəruri sayıb.

Seçilən
14
50
apa.az

10Mənbələr