2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin istehsal maya dəyəri 143,60 manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,15 manat və ya 10,9 % artıb.

Ötən il şirkətin neft hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4 %, yanacaq xərci 0,3 %, elektrik enerjisi xərci 0,7 %, əmək haqqı xərcləri 15,6 %, sosial sığortaya ayırmalar 3,6 %, əsas vəsaitlərin amortizasiyası 18,9 %, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 15,3 %, nəqliyyat xərcləri 11,4 %, mühafi zə xərcləri 3 %, mədən vergisi 7,1 %, digər vergilər 4,8 %, digər xidmətlər üzrə xərclər 12,6 %, digər xərclər isə 3,3 % təşkil edir

Neftin maya dəyərinin artması keçən ilə nisbətən material və yanacaq xərclərinin, əsas vəsaitlərin amortizasiya xərclərinin, əsas vəsaitlərin təmiri və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, digər vergilərin və digər xərclərin artması hesabına baş verib. Belə ki, material xərclərinin 4 milyon 148 min manat (14,4 %), yanacaq xərclərinin 944 min manat (53,2 %), əsas vəsaitlərin amortizasiya xərclərinin 4 milyon 339 min manat (2,4 %), əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 27 milyon 207 min manat (22,3 %), nəqliyyat xərcləri 20 milyon 346 min manat (22,4 %), mühafizə xərcləri 7 milyon 312 min manat (33,6 %), digər vergilər 2 milyon 142 min manat (4,8 %) və digər xərclər 2 milyon 080 min manat (6,9 %) artıb.