AZ

Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ prezidenti Co Bayden Tayvana 567 milyon dollarlıq hərbi dəstəyi təsdiqləyib.

Bu barədə Amerika liderinin rəsmi bəyanatına istinadən “Economic Times” qəzeti yazıb.

Bəyanatda qeyd olunur ki, Amerika lideri ABŞ Dövlət Katibi Entoni Blinkenə “Tayvana kömək etmək üçün Müdafiə Nazirliyinə 567 milyon dollara qədər müdafiə malları və xidmətləri, habelə hərbi təhsil və təlimlərin keçirilməsini idarə etmək səlahiyyətini verib. ”

Ağ Ev həmçinin bildirib ki, bu, ABŞ-ın Çinlə artan gərginlik fonunda adanın ordusunu gücləndirmək üçün atdığı son addımdır.

Seçilən
9
aznews.az

1Mənbələr