AZ

Qrizmann Fransa millisindən getdi - Açıqlama

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Fransa millisindən ayrıldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı forvard qərarını sosial şəbəkə hesabı vasitəsilə bildirib.

“Xatirələrlə dolu bir ürəklə həyatımın bu fəslini bağlayıram. Bu möhtəşəm üçrəngli macəraya görə təşəkkür edirəm. Tezliklə görüşərik”. 

Qrizmann Fransa millisində 2014-cü ilin martında debüt edib. Həmin vaxtdan o, komandanın heyətində 137 oyuna çıxıb və 44 qol vurub. O, 2018-ci il dünya çempionu, 2022-ci il dünya və 2016-cı il Avropa vitse-çempionu, 2021-ci il Millətlər Liqasının qalibidir.

Mirağa

Seçilən
10
1
fanat.az

2Mənbələr