AZ

Qrizmanndan Fransa millisi ilə bağlı şok qərar

"Atletiko"nun hücumçusu Antuan Qrizmann Fransa millisindən ayrıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat verib:

“Xatirələrlə dolu bir ürəklə həyatımın bu fəslini bağlayıram. Bu möhtəşəm üçrəngli macəraya görə təşəkkür edirəm və tezliklə görüşərik”.

Qrizmann Fransa millisində 2014-cü ilin martında debüt edib. Həmin vaxtdan o, komandanın heyətində 137 oyuna çıxıb və 44 qol vurub. O, 2018-ci il dünya çempionu, 2022-ci il dünya və 2016-cı il Avropa vitse-çempionu, 2021-ci il Millətlər Liqasının qalibidir.

Seçilən
7
1
publika.az

2Mənbələr