AZ

Yunanıstandakı meşə yanğınları daha iki can aldı

Yunanıstanın Peloponnes yarımadasında yerləşən meşəlik ərazidə yanğın baş verib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə çoxlu sayda ev və maşın kül olub.

Meşə yanğınında 350 yanğınsöndürən və 8 yanğınsöndürən maşının iştirak etdiyi bildirilib.
 
Ksilokastro ətrafında aparılan yanğınsöndürmə əməliyyatları zamanı dünən gecədən itkin düşmüş 35 və 40 yaşlı iki axtarış-xilasetmə könüllüsünün həyatını itirdiyi qeyd edilib.
 
Rəsmilər dünən başlayan yanğının bu gün qismən nəzarət altına alındığını bildiriblər.
 
Artan küləklər səbəbindən gecə boyu yaxınlıqdakı kəndlər boşaldılıb.
 
Mikayıl
Seçilən
15
azxeber.com

1Mənbələr