AZ

Deputatlığa namizədin seçki günü məntəqələrə daxil olması qadağan edilsin-Təklif

VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında Seçki Məcəlləsinə deputatlığa namizədlərin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişikliyin olunması təklif edilib. Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib. 

Deputat bu təklifini namizədlərin səsvermə zamanı bir çox qayda pozuntusuna yol verməkləri ilə əlaqələndirib:"Seçki günü müşahidə etdik ki, bəzi namizədlər seçki məntəqələrində əvvəlcədən oturacaqlarını belə qoyub. Eyni zamanda, xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu kimi hallar qəti yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
2
olaylar.az

3Mənbələr