AZ

“Dünya İqlim Fondu Azərbaycan Energetika Nazirliyi iləəməkdaşlığa başlayır”

Bu gün Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovla görüşüb. 

Bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə  məlumat verib. Ü.Cəlilzadə bildirib ki, görüş zamanı Dünya İqlim Fondunun Prezidenti Yens Nilson Azərbaycanda yaşıl enerji sahəsində bir neçə layihəni həyata keçirməyə maraqlıdır:  “Yens Nilson hətta onu da  qeyd edib ki, COP 29-dan sonra da Azərbaycanla bu sahədə geniş əməkdaşlığa maraqlıyıq”.
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov  işgüzar görüş zamanı bildirib ki, Energetika Nazirliyi də bu cür əməkdaşlığa açıqdır.

“Görüş zamanı təqdim etdiyiniz layihələr çox maraqlıdır. Biz də bu layihədə iştirak etmək istərik. Avropa dövlətləri ilə ortaq bir layihədə əməkdaşlıq etmək bizim üçün çox maraqlıdır”.


Seçilən
15
1
qafqazinfo.az

2Mənbələr