AZ

Qadının öldüyü deyilən klinikanın rəhbəri danışdı - ÖZƏL

Sentyabrın 21-də Gəncə şəhərində "VMR Estetik" klinikasında mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramovanın sentyabrın 28-də öldüyü bildirilir. 

Məsələ ilə bağlı “VMR” estetik klinikasının rəhbəri Vüsal Həsənov “Cebheinfo.az” a açıqlamasında bildirib ki, Gəncə filialında mədə kiçiltmə əməliyyatı olmayıb:

“Mediada yayılan məlumata görə, bizim klinikamızda Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova adlı xəstə əməliyyatdan 1 həftə sonra vəfat edib. 

Lakin bizim klinikamızda mədə kiçilitmə əməliyyatı olmayıb. 

Ümumiyyətlə, mədə kiçiltmə əməliyyatı etmək üçün 180 kvm sahə, lazımı avadanlıqlar və şərait olmalıdır. Bizim klinikamızda bunları etmək üçün lazımi imkanlar yoxdur. Bu səbəbdən də mədə kiçiltmə əməliyyatının olması mümkün deyil”. 

O qeyd edib ki, məsələ ilə bağlı əlaqədar qurumlara da müraciət edib: “Klinikamınızla bağlı həqiqəti əks etdirməyən məlumatlara görə bu gün səhər saatlarında prokurorluğa getməli oldum. Məsələ barəsində hüquqi tədbir görülməsini tələb edəcəyəm”. 

Seçilən
17
2
cebheinfo.az

3Mənbələr