AZ

“Turan Tovuz” yubiley qolunu vurub

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub.Komanda az xəbər verir ki, bu, 8-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub.Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.“Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.

Seçilən
8
28
komanda.az

10Mənbələr