AZ

Balasanyan ekoloji qətliama başladı

Xocalı soyqırımının əsas fiqurlarından biri olan Vitali Balasanyan Qarabağda meşələrin kütləvi şəkildə məhvi prosesini, indi də Ermənistanda reallaşdırmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən o, özünə Ermənistanın Nor Nork ərazisində obyekt tikməyə start verib.
Həmin vaxt ərazidəki xeyli sayda ağacları kəsdirib. Yerli ekologiya təşkilatları hadisədən xəbər tutan kimi, dərhal əraziyə gedərək, orada faktları rəsmiləşdiriblər.
Qeyd edək ki, bu hadisə səbəbindən Balasanyan yerli ekoloqların hədəfinə gəlib. Kəskin şəkildə tənqid edilən Xocalı qatilinə qarşı rəsmi qurumların tədbir görmələrini tələb ediblər.
Xatırladaq ki, Vitali Balasanyan analoji işləri Qarabağda da total şəkildə həyata keçirib. O, Ağdərə və Əsgəranda meşələrin qırılmasında, habelə həmin ağaclardan, həm Qarabağ, həm də Ermənistandakı mebel fabriklərində istifadə etməkdə ittiham olunur. Bundan başqa, “Qırmızı kitab”a düşmüş Zəngilandakı Eldar meşələrinin də kütləvi məhvində mühüm rol oynayıb.
Görünür, Balasanyan Qarabağdakı şakərini dəyişməyib. İndi də kütləvi ağac qırması prosesini Ertmənistana transfer edib.

Seçilən
5
1
tribunainfo.az

2Mənbələr