AZ

Azərbaycan bu Konfransa ev sahibliyi üçün müraciət edib

Image

"Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib." Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur: "Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar gələn ayın sonunda Kali şəhərindəki tədbir zamanı qəbul ediləcək".

Mətləb Salahov






Seçilən
8
26
baki-xeber.com

10Mənbələr