AZ

Əhmədova üçüncü oldu

Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın “Cadet Circuit” turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində bürünc medal qazanıb.

Qılıncoynatma Federasiyasından Msport.az-a verilən məlumata görə, son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.

Seçilən
9
11
msport.az

10Mənbələr