AZ

Bakıda dava: bıçaqlananlar var - Rəsmi

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BUTA.TV-a açıqlamasında bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. "Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə xidmət rəsmisi bildirib.
Seçilən
11
20
buta.tv

10Mənbələr