AZ

Azərbaycan dünya çempionatının ilk "10-luğ"unda

Aerobika üzrə Azərbaycan yığması Pesaroda (İtaliya) keçirilən dünya çempionatının ümumi hesabında 10-cu yeri tutub.

İdman.biz xəbər verir ki, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlüyün gümüş mükafatı komandaya ilk onluğa daxil olmağa imkan verib.

Azərbaycan nəticədə Vyetnam, Braziliya, Bolqarıstan və bir çox başqa ölkələri qabaqlaya bilib.

Çin gimnastları dünya çempionatının qalibi olublar (2-1-1), Yaponiya ikinci (2-1-0), İtaliya üçüncü (1-0-2) yeri tutub.

Qeyd edək ki, Mustafayeva və Dolmatov həmçinin mövsümün əsas startının yekunlarına görə, Dünya Oyunlarına vəsiqə qazanıblar.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr