AZ

Dünya çempionatında 21-ci yer

Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclərin dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qarışıq komandaların pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışı başa çatıb.

Azərbaycan bu proqramda iki komanda ilə təmsil olunub. Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət cütlük təsnifat mərhələsində 560 xalla 21-ci olub. Zeynəb Sultanova ilə Hacı Əliyevdən ibarət komanda isə 557 xalla 27-ci yeri tutub. Təmsilçilərimiz finala vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, bu növdə Almaniya 1-ci, Ukrayna 2-ci, Hindistan 3-cü olub.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr