AZ

ABŞ Tayvana 567 milyon dollarlıq hərbi yardım ayırıb

ABŞ Prezidenti Cozef Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə qərar verib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, bununla bağlı ABŞ dövlət katibi Antoni Blinken və Pentaqona müvafiq göstəriş verilib.

Xatırladaq ki, ötən il Amerika administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Seçilən
10
6
azpolitika.info

10Mənbələr